Prof. Dr. İradə Hacıyeva

Untitled design - 2022-12-26T155244.660

Prof. Dr. İradə Hacıyeva

Baş Həkim / Vertebroloq

Hacıyeva (Əliyeva) İradə Gülmalı qızı 1962-ci ildə Şəmkir rayonunun Lenin qəsəbəsində (indiki Çinarlı) ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (ADTİ) daxil olub, 1985-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1985-86-cı illərdə Bakı şəhər 6 nömrəli uşaq xəstəxanasında internaturadan keçmişdir. Tibb institutunu bitirdikdə rektorun imzası ilə anatomiya kafedrasına müəllim kimi təyinatı verilsə də ilk həkimlik fəaliyyətini Şəmkir rayon Çaparlı kəndində başlamışdır. 1988-ci ildən Gəncə şəhər 2 saylı xəstəxanada somatika və reanimasiya şöbəsində həkim kimi çalışmışdır. Gəncə tibb məktəbində “İnsanın normal anatomiyası” fənnini tədris etmiş, 2 nömrəli poliklinikada sahə həkimi vəzifəsində çalışmışdır. 1991-ci ildə akademik Adilə xanım Namazovanın rəhbərliyi ilə “Ali dərəcə”- li həkim adı almışdır. 

40 illik həkimlik təcrübəsi var. 2005-ci ildən Vertebra Onurğa Tibb Mərkəzində baş həkim kimi fəaliyyət göstərir. Ailəlidir, 2 övladı, 5 nəvəsi var.

  • Roma Bonniface Akademiyasının Fəxri Akademiki
  • Avropa Təbiət Elmləri Akademiyasının Akademiki
  • Oksford Akademik İttifaqının Fəxri Professoru
  • Türkiye Omurga Bozukluklari Tedavisi Uzmanı
  • Fransa Komplementar Tibb Professoru
  • Rusiya Federasiyasının Alternativ Təbabət Professoru

Akademik
Sertifikatlar

Sertifikatlar

Sertifikatlar

Sertifikatlar